Braziliyanın Rio-Qrande-du-Sul əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Busaat.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Eduardo Leite məlumat yayıb.
O, bildirib ki, güclü yağışlardan sonra əmələ gələn sel fəlakətində insan itkiləri artır.
Leitenin sözlərinə görə, əyalətdə yüzlərlə xilasedici, polis və könüllülər seldən əziyyət çəkənlərə kömək üçün səylərini davam etdirir.
Təbii fəlakətlə bağlı sözügedən bölgədə fövqəladə vəziyyət elan olunub.
Yağışların cümə axşamına qədər davam edəcəyini bildirən Leite vəziyyətin daha da pisləşə biləcəyi söyləyib.
Əyalətdə 52 mindən çox sakinin və 70 şəhərin daşqından zərər çəkdiyi açıqlanıb. Eyni zamanda, 5300-dən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd edilib.