Braziliyada metallurji müəssisədəki partlayışda ölənlərin sayı 5-ə çatıb

image-braziliyabackend

Braziliyanın San-Paulu ştatının Kabreuva şəhərində metallurji müəssisədə tiyanın partlaması nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.

Busaat.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

Bildirilib ki, partlayış zamanı hadisə yerində 33 nəfər olub. 10 nəfər ağır vəziyyətdə yerli tibbi müəssisələrə çatdırılıb.

Dağıntıların altında insanların qaldığı güman edilir. Partlayışın səbəbləri barədə məlumat verilməyib.

Xatırıladaq ki, daha öncə KİV partlayışda 2 nəfərin öldüyünə dair məlumat yaymışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki