Braziliyanın şimalındakı ekvatorial Amazon tropik meşələrində baş verən təyyarə qəzası 14 nəfərin həyatına son qoyub.
Busaat.az xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, “Embraer Bandeirante” təyyarəsinin göyərtəsində 12 turist və 2 ekipaj üzvü olub. Faciə yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə 22:00) radələrində təyyarə ştatın inzibati mərkəzi Manausdan 400 km aralıda yerləşən aerodromda eniş edərkən baş verib.
Eniş zamanı ərazidə yağış yağırmış. Faktla bağlı araşdırma aparılır.