
Britaniya bütün dünyada təsirini saxlamalıdır
Britaniya Latın Amerikası, Asiya və Afrikanın perspektivli dövlətləri ilə güclü tərəfdaşlıq qurmaqla bütün dünyada təsirini saxlamalıdır.
Busaat.az xəbər verir ki, bunu İngiltərənin xarici işlər naziri Ceyms Kleverli deyib.
Onun sözlərinə görə, Britaniya onilliklər boyu davam edəcək uzunmüddətli xarici siyasətin bir hissəsi kimi qeyri-ənənəvi müttəfiqlərə “inam sərmayəsi” etməyə hazırdır.
Kleverli yaxın onilliklərdə dünya iqtisadiyyatının və gücünün böyük hissəsinin Asiya, Afrika və Latın Amerikasının əlində olacağını düşünür.
O, həmçinin Britaniyanın yaratdığı yeni tərəfdaşlıqların ticarət, inkişaf, müdafiə, kibertəhlükəsizlik və iqlim dəyişikliyini əhatə etməli olduğunu iddia edir.






















