Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.00 $▲0.31%
  • WTI neft88.51 $▲0.14%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.309 $▼1.08%
  • Qızıl3 904 $▼0.35%
  • Gümüş50.03 $▼0.46%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda591.25 ¢▲0.08%
  • Bitcoin68 666 $▼3.79%
  • Ethereum1 931 $▼4.30%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

"Broker Əbülfəz"in həbsinin səbəbləri: Marşal adalarında offşor şirkətlər, Londonda biznes... (FOTOLAR)

image-1661101562_6bf0384e257b6a595fc919cdcabd8677fb_img_1661101154498-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Broker” Əbülfəzin (Əbülfəz Məlikov) həbsinin güman ki, səbəblərindən biri “Marşall işi” ilə əlaqədardır. Söhbət Əbülfəz Məlikovun oğlu Murad Məlikovun Marşall adalarında qeydiyyatdan keçmiş offşor şirkətlər üzərindən Londonda biznes qurmasında gedir”.

Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli qeyd edib ki, WISEBOROUGH ESTATE LLP əmlak şirkəti hələ 2011-ci il noyabrında Britaniya Şirkətlər Evində qeydiyyatdan keçib:

“Təsis sənədlərində ilk olaraq şirkəti Marşall adalarında qeydiyyatdan keçmiş BETACITY INVESTMENT LTD, GRIFOLA TRADING LTD, MS-PROXY SERVICES LTD, PINTOX SYSTEMS LIMITED, S&P IMPEX SOLUTIONS LTD, SYTEN GROUP LIMITED Panamada qeydiyyatdan keçmiş PAFOS BUSINESS S.A təmsil edib. 2018-ci ilin yanvarından isə Əbülfəz Məlikovun oğlu Murad Məlikov və “Karqo Şamil” kimi tanınan Şamil Heydərovun oğlu Kamal Heydərov şirkətdə rəsmi olaraq imza sahibi kimi tanınırlar. Hər iki şəxsin adı Marşall, Seyşell və Belize adalarında fəaliyyətdə olan offşor şirkətlər (TALLBERG LTD, UNIWELL, INC., INTRAHOLD A.G., IRELAND & OVERSEAS ACQUISITIONS LTD., MILLTOWN CORPORATE SERVICES LTD., MONOHOLD A.G.) üzərindən Londonda qeydiyyatdan keçmiş daha bir şirkətdə – CTR UNIVERSAL LLP-də imza sahibidirlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84033