Bruney sultanının qızının 1 həftə davam edən toyundan – Fotolar

image-mycollages_-_2022-01-25t162840-891backend

Bruney sultanı, Baş naziri Hassanal Bolkiahın 36 yaşlı şahzadə qızı Fadzillah Lubabul haqqında məlumat verilməyən Avanq Abdullah Nabil Mahmud Əl-Haşimi ilə ailə həyatı qurub.

Busaat.az xəbər verir ki, dəbdəbəli tədbirdən görüntüləri malayziyalı dizayner Bernar Çandran instaqram səhifəsində paylaşıb.

Xarici mətbuatın yazdığına görə, cütlüyün nikaha girməsi dekabrın 31-də məlum olub, toy isə yanvarın 16-da başlayıb və bir həftə davam edib.

Yeni ailə quranlar toya brilliantlar, bahalı daş-qaşlarla bəzədilmiş geyimlərdə qatılıb.

İndoneziya mətbuatının iddiasına görə, bəyin ölkədə kofe restoranları şəbəkəsi var.

Qeyd edək ki, şahzadə Fadzillahın atası – Bruney sultanı Hassanal Bolkiahın dünyanın ən varlı insanlarından biridir. Onun varidatı 20 milyard dollara yaxındır. Gəlinin anası – Mariam Abdul Əziz keçmiş stüardessa və həyat yoldaşının ikinci xanımıdır. Şahzadənin özü isə 12 uşaqlı ailənin doqquzuncusudur.

 

272690386 1008057233112163 4658611451272404320 n
272274275 518781989384497 7484992864910429203 n
272567308 609278970367828 6274015545140879648 n
272338652 7502147849810916 2672697282490422683 n
272442968 985815492346162 7784067632528010239 n
br1
br2
br3

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki