Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq.
Bu barədə busaat.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib
Məlumata görə, Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq.
Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.