Torpağının bu sənədi olmayan vətəndaşlara “KUPÇA” VERİLMƏYƏCƏK?

image-img_2713backend

Son günlər sənədsiz evlərin sənədləşdirilməsi, mühafizə zolağında yerləşən evlərin isə söküntüsü məsələsi ölkədə aktualdır. Bir çox vətəndaş artıq sənəd əldə etmək üçün müraciətini də edib. Lakin çoxları hələ də “Nəyi, necə edək?” sualı ilə üz-üzədir.

Vətəndaşları çaş-baş salan əsas məsələlərdən biri də mövcud olan və olmayan torpaq sənədi məsələsidir.

Bu məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans-a açıqlamasında danışıb.

“Keçən ay Daşınmaz Əmlakın Dövlət Reysteri tərəfindən elan olundu ki, prezidentin müvafiq fərmanı ilə 2015-ci ildə qəbul olunmuş 439 saylı sərəncamda əlavələr olunub. Həmin sərəncamda Daşınmaz Əmlakın Dövlət Reysteri hansı sənədlərin əsasında sənədləşmə işləri aparacağı qeyd olunub. Yəni bu qurum artıq həmin daşınmaz əmlakı leqal qəbul edir və həmin əmlaka uyğun sənəd verir. Siyahı genişlənib, kolxoz, sovxoz, yerli icra strukturları tərəfindən verilmiş sənədlər də artıq siyahıya əlavə olunub”.

Ekspert qeyd edib ki, vətəndaşlar məsələni daha aydın şəkildə başa düşmən üçün sərəncama edilən dəyişiklikləri diqqətlə nəzərdən keçirməlidirlər.

“Mən həmişə bildirirəm ki, bu amnistiya bir gün içində bütün qanunsuz tikililərə şamil oluna bilməz. Yalnız qeyd olunan siyahı genişlənə bilər. Hazırda da bu baş verir. Ona görə ki, qanunsuz tikililərin leqallaşması istiqamətində vahid qanun üzərində bunu icra etmək mümkün deyil. Bizim ölkədə son 100 il ərzində müxtəlif dövrlərdə müxtəlif ilkin sənədlərlə və yaxud da heç bir sənədi olmayan daşınmaz əmlaklar ərsəyə gəlib. Onların hər birinin ümumi bir qanunla, sərəncamla həlli mümkün deyil. Bu istiqamətdə normativ aktlar hazırlanmalıdır ki, onlar təsdiq olduqda digər proseslər həyata keçirilsin. Eyni zamanda gördüyünüz kimi məsələn, Nərimanov rayonu ərazisində mühafizə zolağında tikilən evlərin söküntüsü aparılır. Bir çox vətəndaşlar da elə bundan narahatdırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki