Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ! – Qaz kəsiləcək

image-1530690backend

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Busaat.az xəbər verir ki, Biləsuvar şəhəri, “Təyyarə Meydanı” adlanan yaşayış massivində “Təmiz Qaz” QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq.

Bu məqsədlə iyulun 24-də aat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, “Təyyarə Meydanı” yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki