Bu gün Azərbaycan kubokunun sahibi müəyyənləşir

image-164830_cokrultx17backend

Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçiriləcək.

Busaat.az xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu “Qarabağ” bürünc medalçı “Zirə” ilə üz-üzə gələcək. “Qarabağ” “Qızıl dubl”, “Zirə” isə ilk titulunu qazanmaq arzusundadır. Qəbələ Şəhər Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” indiyədək 6 dəfə Azərbaycan kubokunun qalibi olub. “Zirə” isə ilk dəfə bu gün bu titulu qazana bilər.

27 may (cümə)

19:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Qəbələ şəhər stadionu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90