
Bu gün nə qədər peyvənd vurulub?
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 584 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 160, ikinci mərhələ üzrə 39 424 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 493 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 465 644, ikinci mərhələ üzrə isə 3 027 390 nəfər təşkil edir.
























