Bu hadisədə “Məlhəm” Hospitalın SƏHVİ yoxdur – RƏSMİ AÇIQLAMA 

image-1748520389_5316762302759956941backend

Bussat.az “MƏLHƏM” Hospitala istinadən xəbər verir ki,  29.05.2025-ci il tarixində sosial şəbəkələrdə səhər saatlarında “Məlhəm Beynəlxalq Hospital” MMC-de vəfat etmiş 22.09.1968-ci il təvəllüdlü Soltanov Şahid Maqsud oğlu barəsində heç bir hüquqi və faktiki əsası olmayan, yalan, həqiqətə uyğun olmayan və Hospitalın işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmaqda davam etdiyindən baş vermiş ölüm hadisəsinin obyektiv səbəblərinin ictimaiyyətin diqqətinə çatdırılmasına zərurət yaranmışdır.

Nəzərə çatdırılır ki, 22.09.1968-ci il təvəllüdlü Soltanov Şahid Maqsud oğlu 17.05.2025-ci il tarixində şiddətli qarın ağrısı və bulantı-qusma şikayətləri ilə Hospitalın Tacili Yardım Şöbəsinə daxil olmuşdur.

İxtisaslı həkim müayinəsindən sonra ona XBT10 kodu üzrə K85.8 “Digər kəskin pankreatitler”, R65.3 “Orqan çatışmazlığı ilə qeyri-infeksion mənbəyə qarşı ümumi iltihablı cavab reaksiyası sindromu” əsas diaqnozlar qoyulmuşdur.

Ş.M.Soltanovda E11.0 “İnsulinden asılı olmayan şəkərli diabet” ve I10 “Essensial (birincili) hipertenziya” yanaşı gedən xəstəliklər olmuşdur.

Xəstə “Məlhəm Beynəlxalq Hospital” MMC-yə daxil olduqdan sonra stasionar şöbəyə yatırılmış və müvafiq müalicələrə başlanılmışdır.

22.05.2025-ci il tarixində xəstənin klinik vəziyyəi ağır olduğundan konsilium təşkil olunmuş və mövcud vəziyyətlə bağlı müalicəsi davam etdirilmişdir.

KT müayinəsi zamanı Ş.M.Soltanovda sol tərəfli plevral maye və 40-50% nekrozlaşmış pankreas toxuması aşkar olunmuşdur. Xəstənin vəziyyəti 23.05-28.05.2025-ci il tarixləri arasında ağır olmuşdur. 29.05.2025-ci il tarixində saat 07:03 radələrində xəstədə kardiak arrest izlənmiş və CPR başlanmışdır.

Xəstə intubasiya olunaraq süni tənəffüs aparatına qoşulmuş va qapalı ürək masajı olunaraq reanimasiya şöbəsinə gətirilmişdir. 50 dəqiqə ərzində bütün reanimasiya tədbirlərinin həyata keçirilməsinə baxmayaraq saat 07:53 radələrində bioloji ölüm baş vermişdir. Xəstəyə tibbi yardım göstərilən bütün müddət ərzində bu ve ya digər tibbi və ya texniki qüsura yol verilməmişdir.

Qeyd edirik ki, nekrotik pankreatit ölüm ehtimalı yüksək olan xəstəlikdir.

Xahiş edirik ki, bu həssas mövzuya media nümayəndələri tərəfindən xüsusi diqqətlə yanaşılsın. Bir daha bildirmək istərdik ki, bu kimi əsassız məlumatlar ictimaiyyətdə yanlış fikir formalaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki