Bu il dövlət hesabına ali təhsil alan tələbələrin sayı 50 %-dən çoxdur.
Busaat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, bu il ümumilikdə 67 mindən çox şəxs bakalavr və magistr səviyyəsində təhsil alacaq.
O bildirib ki, 10 ali təhsil müəssisəsi üzrə akkreditasiya qiymətləndirilməsinin yeni tədris ilində keçirilməsi nəzərdə tutulur:
“Hazırda 5 ali məktəb üzrə akkreditasiya prosesi bitib”.