1996-cı il yanvarın 1-dən Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına başlanılıb. Qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon özəlləşdirmə çekindən 31,9 milyonu vətəndaşlara paylanılıb. Qanunvericiliyə əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Hazırda dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Milli Məclisin bir sıra deputatları da hesab edirlər ki, qeyri-qanuni şəkildə istifadəsi dayandırılan özəlləşdirmə çeklərinə görə vətəndaşlara kompensasiyanın ödənməsinə ehtiyac var.
Bir müddət öncə müharibə veteranları, təqaüdçülər və müxtəlif peşə sahiblərinin nümayəndələri Konstitusiya Məhkəməsinə şikayət məktubu göndəriblər.
Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:
file:///C:/Users/Dell/Downloads/Konstitusiya%20%C5%9Fikay%C9%99ti.pdf
Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133
Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik:
Şikayətlə bağlı vətəndaşların hüquqi nümayəndəsi, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mübariz Yolçuyev Busaat.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri ilə bağlı problemin həll olunması təqdirdə məhkəmələrə ayrı-ayrılıqda müraciət olunacaq:
“Konstitusiya Məhkəməsinə göndərilən şikayət məktubunun effektiv nəticə verəcəyinə inanırıq. Çünki bu məsələdə hüquqları pozulan milyon yarım insandan söhbət gedir. Bu insanlar ayrı-ayrılıqda məhkəmələrə müraciət etsələr, məhkəmələrin işləmə mexanizmi çökə bilər. Bu, çox təhlükəlidir. Ona görə də Konstitusiya Məhkəməsinə birbaşa şikayət edərək bildirdik ki, normativ hüquqi aktlar mülkiyyət hüququ və Konstitusiyanın pozulmasını göstərir. Bu baxımdan xahiş edirik ki, sözügedən problem araşdırılsın və hüquqi qiymət verilsin. Bu il problem öz həllini tapa bilər. İnanırıq ki, bu ilki Ulu Öndər Heydər Əliyevin “100 illiyi” çərçivəsində məsələ öz həllini tapacaq. Dövlətimizə güvənirik. Bu problemlə bağlı ilk atdığımız addım Konstitusiya Məhkəməsinə müraciət oldu. Eyni zamanda bu sahənin elmi cəhətdən araşdırılmasına davam edirik”.
“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova isə öz növbəsində vurğulayıb ki, əlində çeki qalan vətəndaşlar ümidli olmağa davam etsinlər:
“Bu il özəlləşdirmə çekləri ilə bağlı qərarın veriləcəyinə inanıram. Bu ilki “Heydər Əliyev ili”ndə Ulu Öndərin imzası ilə paylaşılan çeklərin hansısa formada istifadəsinə şərait yaradılacaq. Hətta bu çekləri müəyyən maliyyə məbləğində dəyişə bilərlər. Çek sahiblərinə ümidlərini üzməməyi tövsiyə edirəm. Çünki yaxşı nəticə əldə olunacaq. Ola bilər ki, müəyyən işbazlar vətəndaşın əlində olan çeki ələ keçirmək istəyər. Vətəndaşlar bu məsələdə diqqətli olmalı və çeklərinə sahib çıxmalıdırlar. İlin sonuna kimi çeklərlə bağlı problemin aradan qaldırılacağına inanıram. Çox istərdim ki, bütün millət vəkilləri bu problemi parlamentdə müzakirəyə çıxarsınlar. Çünki millət vəkilləri hər bir vətəndaşımızın vəkilidir, sözçüsüdür. Deputatların vəzifəsi vətəndaşların haqqlarını müdafiə etməkdir. İctimai Birlik olaraq, bizdə deputatlarımıza müraciət etmişik və özəlləşdirmə çekləri ilə bağlı problemin həllinə dəstək olmaqlarını xahiş etmişik”.
Qeyd edək ki, Heydər Əliyevin “ÖZƏLLƏŞDİRMƏ QANUNU”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı isə qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!