“Bu parad yalnız Ermənistanı deyil, Rusiyanı da alçaltmaq cəhdidir” – Zatulin

“Bu parad yalnız Ermənistanı deyil, Rusiyanı da alçaltmaq cəhdidir” – Zatulinbackend

“Paradlar təhqirdir, yalnız Ermənistanı və erməni xalqını deyil, onunla müttəfiq olan Rusiyanı da alçaltmaq cəhdidir. Rusiya və Ermənistan müttəfiqdirlər. Buna görə də parad zamanı səslənən hər şey, xüsusən də Azərbaycan Prezidentinin Böyük Vətən Müharibəsi ilə bağlı etdiyi çıxış, faşizmə qarşı mübarizə ilə Dağlıq Qarabağdakı əməliyyat arasında paralellər yaratmaq cəhdləri küfr, yalan və bütün qınağa layiqdir”.

Busaat.az xəbər verir ki, bu fikirləri Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin 11 dekabrda İrəvan-Moskva video körpüsü zamanı söyləyib. O, əlavə edib ki, “Bakıda keçirilən hərbi keçid zamanı Əliyev İrəvan, Göyçə və Zəngəzuru “Azərbaycanın tarixi əraziləri” adlandırıb və Ərdoğan bu günün “Ənvər Paşa, Nuri Paşa və Qafqaz İslam Ordusu əsgərlərinin ruhlarının şad olduğu gün” olduğunu deyibi. Bunu heç cür anlamıram”.

Görünən odur ki, Ermənistan diasporunun puluna hürən Zatulin kimilər öz çirkin niyyətlərini yenə açıq ortaya qoydu. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyə qardaşlığı nəinki Ermənistanda, eləcə də Rusiyanın bəzi dairələrində qısqanclıqla qarşılanır.

Konkret.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki