Sabunçunu yenə su basdı – Yağışdan sonra yaranan mənzərə… + VİDEO

image-9c751cf7-1a04-40d8-bfd0-cbadb3bcd8f3-1backend

Bu gün səhər saatlarında paytaxt Bakıya yağan yağış növbəti dəfə bir sıra fəsadlarla yadda qalıb.

Yağıntının ötən günlərə nisbətən zəif və cəmi 1-2 saat davam etməsinə baxmayaraq, əksər küçə və prospektlərdə yerləşən yollar və tunellər bu dəfə də suya qərq olub.

Ötən həftə olduğu kimi, bu dəfə də Sabunçu Dəmiryol Vağzalının qarşısı su altında qalıb.

Bu barədə “Telegram” kanallarında paylaşılan görüntülərdə vağzalın qarşısının tamamilə su ilə dolduğu, avtomobil və piyadaların hərəkətində problemlərin yaşandığı görünüb.

Həmin görüntüləri təqdim edirik:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki