Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

image-mycollages__8_backend

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qənd məhsulları ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb.

Busaat.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.

Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.

Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:

Məhsulun istehsalçısı Məhsulun əmtəə nişanı Məhsulun istehsal   tarixi Qablaşdırmanın həcmi
1 “Şüvəlan şirniyyat” ASC “Qidam” ağ qənd 01.03.2021 700 qr
“Abşeron” ağ qənd 19.11.2021 600 qr
“Bol” ağ qənd 27.01.2022 700 qr
“Yek dad” ağ qənd 21.02.2022 700 qr
“Bolqənd” xırda qənd 10.11.2021 150 qr
“Yek dad” xırda qənd 16.08.2021 150 qr
“Yek dad sweet as honey” qənd 01.11.2021 700 qr
“Yek dad sweet as honey” qənd 02.03.2022 1700 qr
“Bol qənd” kəllə qənd 21.02.2022 700 qr
“Abşeron qənd”

kəllə qənd

21.02.2022 100 qr
2 “Bolluq” MMC “Bolluq” ağ qənd 23.12.2021 500 qr
“Bəyaz” ağ qənd 10.03.2022 600 qr
3 f/ş Nadirov Tofiq Həmid oğlu “Əsl tam”

əla növ kəllə qənd

01.02.2022 700 qr
4 f/ş Kərimov Əfqan Bəhriş oğlu  “Dişləmə” kəllə qənd 24.12.2021 700 qr
17.06.2022
09.02.2022 500 qr
18.06.2022
5 “Aysu Qida Sənaye LTD” MMC “Umelaya xozyayka” qənd 13.01.2022 500 qr
6 “ŞAM-Fİ İnternational Trading Company” MMC “Bizim aşçı” ağ qənd 21.02.2022 750 qr
7 “Əmin qida sənaye” MMC “İlğım” ağ qənd 01.06.2021 800 qr
8 f/ş Qəmbərov Rauf Rəfi oğlu “Kral” kəllə qənd 20.02.2022 5 kq
9 f/ş Rəhmanov Pənah Güləhməd oğlu “Şipşirin” qənd 09.03.2022 700 qr
10 f/ş Novruzov Əbdulla Əmir oğlu “Skazoçnaya tayqa” qənd 21.08.2021 5 kq
11 f/ş Babayev Nazim Səyyaf oğlu “Əla keyfiyyətli” kəllə qənd 02.03.2022 150 qr
12 f/ş Bayramov T. “Göyçə” qənd 08.02.2021 150 qr

AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90