“Bu qərar Aİ-ni dərhal müharibəyə sürükləyər” – Peter Szijjarto

image-1404703backend

Macarıstan Aİ-nin Ukraynada silah istehsalı ideyasını dəstəkləmir, çünki bu, bloka üzv ölkələrin Rusiyaya qarşı hərbi əməliyyatlara cəlb olunması deməkdir. 

Busaat.az xəbər verir ki, bu sözləri Macarıstan xarici işlər naziri Peter Szijjarto deyib.

“Ukrayna ərazisində silah istehsalı və ya hərbçilərin təlimi bizim üçün qətiyyən qəbuledilməzdir, çünki belə bir qərar Avropa İttifaqını dərhal müharibəyə sürükləyər”, – nazir bildirib.

O, Aİ-nin hərbi ittifaq deyil, siyasi və iqtisadi blok olduğunu xatırladıb.

“Macarıstan Ukraynanın Aİ-yə qəbul prosesini sürətləndirmək səyləri çərçivəsində ölkəyə hər hansı təzyiq göstərilməsinə icazə verməyəcək”, – Szijjarto qeyd edib.

Pəri Əlizadə,
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki