Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 599 $▼0.17%
  • Ethereum2 232 $▼0.13%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

Bu şəxslər hər ay iki dəfə pensiya ala biləcəklər

image-rf4zb0thoo5ixnrsamtrpaxyhoruaawc106kwihn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda ilk dəfə olaraq özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur.

Busaat.az BAKU.WS-in məlumatına görə, bu fondlar dövlət pensiya sistemindən fərqli olaraq, əhalinin könüllü şəkildə topladığı vəsaitlərin saxlanılmasına xidmət edəcək.

Məqsəd vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlət pensiyasından deyil, eyni zamanda özəl fondlardan da əlavə ödəniş almasına şərait yaratmaqdır.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə qanunvericilik bazasının hazırlanması üzərində çalışır. Qanunvericilik mərhələsi başa çatdıqdan sonra layihə Milli Məclisə təqdim olunacaq.

Özəl pensiya fondlarının üstünlükləri:

Vətəndaşların pensiya dövründə gəlirlərini artırmaq imkanı yaradır.

Dövlət pensiya sistemindən asılılığı azaldır.

Əmanətlərin müxtəlif investisiya alətlərinə yönləndirilməsi ilə vəsaitlərin dəyəri artırıla bilər.

Uzunmüddətli dövrdə həm vətəndaşa, həm də ölkə iqtisadiyyatına əlavə maliyyə resursları qazandırır.

Qeyd edək ki, özəl pensiya fondları bir çox ölkələrdə uğurla tətbiq olunur. Türkiyədə “Bireysel Emeklilik Sistemi (BES)” vətəndaşlara dövlət pensiyasından əlavə gəlir imkanı yaradır. Qazaxıstanda da oxşar model mövcuddur və illərdir fəaliyyət göstərir. Həmçinin ABŞ, Kanada və bir sıra Avropa ölkələrində özəl pensiya fondları əhalinin sosial təminat sisteminin mühüm hissəsi hesab olunur.

Mütəxəssislərin fikrincə, bu fondların Azərbaycanda da tətbiqi vətəndaşların pensiya təminatını gücləndirməklə yanaşı, maliyyə bazarlarının inkişafına da mühüm təkan verəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=172791