Bu şəxslərə maaşdan əlavə pul veriləcək

image-1660718876_pensiya-teqaud-bankomat-atmbackend

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Busaat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əlavənin verilmə müddəti 1 oktyabra kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki