Bu şəxslərə ünvanlı yardım verilməyəcək – RƏSMƏN AÇIQLANDI

image-1586773864_manatybackend

Sosial şəbəkələrdə adına bir neçə mobil əlaqə nömrəsi olan vətəndaşların ünvanlı sosial yardımla bağlı müraciətinə rədd cavabı veriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Busaat.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin müdiri Rasim Səfərov “Sosial saat” verilişində məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, yayılan məlumatlar doğru deyil.

“Şəxsin adına bir neçə mobil nömrə ola bilər. Sadəcə ərizə bəyannamədə bunu qeyd etmək lazımdır ki, həmin nömrələr vasitəsilə çəkilən xərclər düzgün hesablansın və bu da ünvanlı dövlət sosial yardımın təyin olunması zamanı nəzərə alınsın. Bəzən vətəndaşın özünün də xəbəri olmadan adında bir neçə nömrə olur. Biz də elektron sistemlər vasitəsilə yoxlama zamanı şəxsin adına olan nömrəni aşkarlayırıq və ərizədə bəyan edilmədiyi üçün imtina verilməsinə səbəb olur. Vətəndaşlar çəkinməsinlər. Adlarına nə qədər mobil telefon nömrəsi varsa, bəyan etsinlər. Bunlara çəkilən xərclər də kommunal xərclər kimi nəzərə alınır. Bu, gəlirlərin düzgün hesablanması baxımından labüddür”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90