Bu tibbi xidmətlər də nağdsız ödəniş qəbul edəcək

image-hekimbackend

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də tibbi yardıma görə nağdsız ödəniş qəbul edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

“Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib.

Bununla da, hüquqi şəxs yaradıb- yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki