Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.76 $▲0.06%
  • WTI neft88.36 $▼0.03%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.311 $▼1.02%
  • Qızıl3 905 $▼0.33%
  • Gümüş49.86 $▼0.79%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda591.50 ¢▲0.13%
  • Bitcoin67 998 $▼4.73%
  • Ethereum1 905 $▼5.56%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Sağlamlıq

Bu xəstələrə ŞAD XƏBƏR: ölümdən xilas edə bilər

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Metformin” qəbul etmək diabet xəstələrində COVID-19 səbəbilə ölüm nisbətini üçqat azaldır.

Busaat.az xəbər verir ki, ABŞ-ın Alabama Universiteti alimlərinin apardıqları araşdırma nəticəsində bu qənaətə gəlinib.

Bildirilib ki, 2-ci tip diabetin müalicəsində istifadə edilən “Metformin”, sözün əsl mənasında, COVID-19 xəstəliyindən əziyyət çəkən diabet xəstələrinin həyatını xilas edə bilər. Belə ki, koronavirusa yoluxmadan əvvəl mütəmadi olaraq “Metformin” qəbul edən şəkərli diabet xəstələrinin sağ qalma ehtimalı dərmanı qəbul etməyənlərə nisbətən üçqat daha çox olub.

Yeni tədqiqatın müəllifləri koronavirusa yoluxması təsdiqlənmiş 25 min 300-dən çox xəstənin tibbi qeydlərini təhlil edib. Tədqiqatçılar “Metformin” və insulin əlavəsinin xəstələrin ölümü üzərindəki təsirlərini araşdırıb. Məlum olub ki, insulinin (I tip diabetli xəstələr üçün) ölüm riski üzərində heç bir təsiri yoxdur. Bununla birlikdə, infeksiyadan əvvəl “Metformin” qəbul edən şəkərli diabet xəstələrində COVID-19-dan ölmə ehtimalı əhəmiyyətli dərəcədə az olub və diabetik olmayan xəstələr arasında ölüm riski ilə müqayisə edilə bilər.

Böyük Britaniyanın Milli Sağlamlıq Sisteminin məlumatına görə, 1-ci tip şəkərli diabeti olan insanların infeksiyadan ölüm riski diabeti olmayanlara nisbətən 3,5 dəfə çoxdur. 2-ci tipdə isə bu rəqəm 2 dəfə təşkil edir.

Xüsusi qeyd: bu tip araşdırmaların nəticəsi təsdiqlənmiş formada yayılsa da, dərman şirkətləri tərəfindən kommersiya məqsədilə təhrif edilərək tirajlanması ehtimalını istisna etməməkdə fayda var.publika.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=31892