Bakıda üç tibb mərkəzinə yeni direktorlar təyin olunub.
Bu barədə Busaat.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru işləyən Nurəngiz Bəşirova Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb. Suraxanı Tibb Mərkəzinin rəhbərliyinə isə uzun müddətdir M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru kimi çalışan Ələkbər Tağıyev gətirilib. Suraxanı Tibb Mərkəzinin direktoru olan Aybəniz Saniyeva də M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin rəhbərliyinə təyinat alıb.
Bundan başqa, Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri olan Saleh Hüseynov tibb müəssisəsinin direktorunun terapiya işləri üzrə müavini təyin edilib. Uzun müddətdir 5 nömrəli Şəhər Poliklinikasının baş həkimi işləyən Leyla Şərifova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun müavini olub. Liv Bona Dea Hospitalın Sahələrdə tibbi xidmət şöbəsinin müdiri kimi çalışan Talıb Məmmədov Sabunçu Tibb Mərkəzinin direktorunun müavini, baş həkim vəzifəsinə gətirilib. Yeni Klinikanın direktorunun müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri isə Liv Bona Dea Hospitalın baş həkiminin müavini, cərrah-transplantoloq Eldar Əhmədov təyinat alıb. Samux Rayon Mərkəzi Xəstəxanasının həkim-ftiziatrı Fizuli Cəfərov Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini – baş həkim (Saray modul tipli vərəm əleyhinə xəstəxana üzrə) olub.