Bu xüsusiyyətlər varsa, ŞORGÖZDÜRLƏR – Qadınların uzaq durmalı olduğu KİŞİLƏR

image-70c2e188-a9cb-4720-aa36-0c27295dc881backend

Sevgi münasibətlərində daim aldadılırsınızsa və buna görə də sevgiyə olan inamınızı itirirsinizsə, deməli, davamlı olaraq şorgöz kişilərlə rastlaşırsınız. Belə kişilər ciddi münasibət qurmaqda maraqlı deyillər, hətta sözlər versələr belə, başqa qadınlarla vaxt keçirəcəklər. Göz yaşlarınızın axmasını istəmirsinizsə, bu kişilərdən uzaq dayanmalısınız.

Savash.org həyatınıza aldığınız kişinin şorgöz olub-olmadığını anlamaq üçün bilməli olduğunuz xüsusiyyətləri təqdim edir:
class=”stream-item stream-item-in-post stream-item-inline-post aligncenter”>
class=”stream-item-size”>

GÖZLƏRİNİ QAÇIRIR

Görüş zamanı hərəkətlərini diqqətlə izləyin. Gözlərini daim sizdən qaçırırsa və davamlı ətrafdakı qadınları süzürsə, münasibətinizi yenidən nəzərdən keçirin. Çünki ona siz yox, başqa qadınlarla tanış olmaq maraqlıdır. Siz yanında olarkən belə başqa qadınlarla göz təması qurur. Bu da ciddi siqnaldır.

GÖZÜNÜ TELEFONDAN AYIRMIR

Sizlə görüş zamanı gözü davamlı olaraq telefonundadırsa, bu haldan şübhələnməlisiniz.

Bu, onun həm sizinlə maraqlanmadığını, həm də başqasından xəbər gözlədiyini bildirir. Siz sadəcə olaraq, onun variantlarından birisiniz. Telefonunu stolun üstünə qoymursa və davamlı olaraq sizdən gizlədirsə, bu da böyük problemdir. Deməli, sizə xəyanət edir.

QADINLARI ÇOX YAXŞI TANIYIRLAR

Ona keçmiş sevgi macəraları və qadınlar barədə suallar verin. Əgər qadınlar barədə çox və təfsilatlı danışırsa, hər incə detalı xüsusi qeyd edirsə, o, sizin ağ atlı şəhzadəniz deyil, şorgözlərin kralıdır. Vaxt itirmədən ayrılsanız, qazanclı çıxacaqsınız.

ONLAR HƏDSİZ ÖZGÜVƏN SAHİBİDİRLƏR

Şorgöz kişilər özlərinə hər zaman çox güvənirlər. Girdikləri mühitdə davranışları ilə diqqət mərkəzinə düşürlər.

Ancaq bu hədsiz özgüvən qarşısındakı insanı onlardan diksindirir. Özlərini hər zaman haqlı görürlər və səhvlərini heç vaxt qəbul etmirlər.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki