Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

image-a2622310-83ea-38e1-bf30-ea1bd5fa86e4_850jpeg-1725624827backend

Bu gün saat 22:00-dan Bakının Heydər Əliyev adına Beynəlxalq Aeroportundan Mərdəkan qəsəbəsinə gedən avtomobil yolunun 3-cü km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Yol bağlanmır. Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki