Buffon: “Mən “Yuventus” qədər rəqabətədavamlı başqa komanda görmürəm”

image-buffonbackend

“Yuventus”un keçmiş qapıçısı Canluici Buffon “qoca sinyora”nın 2023/2024-cü il mövsümündə A Seriyasını qazanıb qalib ola biləcəyini deyib.

Busaat.az xəbər verir ki, bu barədə Football Italia məlumat yayıb.

“Bu mövsüm hər şey bir az daha balanslıdır. Səudiyyə Ərəbistanına gedən bir çox oyunçu ilə Avropa futbolu texniki cəhətdən bir qədər zəifdir, lakin ümumilikdə bir az daha balanslı görünür. “İnter” və ya “Milan” öz zirvələrində olanda hər kəsə, hətta “Mançester Siti”yə və ya “Real Madrid”ə qalib gələ bilər.

Düşünürəm ki, “Yuventus” hətta keçən mövsüm də çempionluq uğrunda mübarizə apara bilərdi, lakin sonra problemlər yarandı ki, bu, mümkünsüz oldu. Onların bu mövsüm heç bir avrokubok yarışması yoxdur və mən “Yuventus” qədər rəqabətli başqa  komanda görmürəm. Əlbəttə ki, “İnter” daha keyfiyyətlidir, lakin “neradzurri”nin başqa rəqibləri də var”,- sayt Buffondan sitat gətirir: .

İtaliya çempionatının dörd turundan sonra “Yuventus” 10 xalla ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, “İnter” liderdir (12 xal).

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90