
"Bununla bağlı Trampdan imtina almamışam" - Zelenski
““Tomaqavk” raketlərinin satışı ilə bağlı Trampdan imtina almamışam. ABŞ bu məsələ ilə texniki səviyyədə işləyəcək”.
Busaat.az xəbər verir ki bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
UNİAN xəbər verir ki, o, Co Bayden administrasiyası dövründə bu məsələni qaldırdığını, lakin rədd edildiyini qeyd edib.
“Bu, hazırda mühüm siqnaldır – Ukraynanın bütün mümkün vasitələrlə gücləndirilməsidir. Ən vaciblərindən biri də “Tomaqavklar”dır. Bu cür şeylər Ukraynanı gücləndirə və rusları ağlını başına yığıb danışıqlar masası arxasına oturmağa vadar edə bilər. Əgər atəşkəs olarsa, elə bu fakt da razılığa gəlmək imkanlarına təsir edəcək”,-deyə Zelenski əlavə edib .
Yeganə























