Canni De Byazi: “Ümid edirəm ki, “Qarabağ” “İmarət”də oynayacaq”

image-bc24d9f0-8307-33bc-a9bc-87dd46ed3892_321backend

“Qarabağ”ın Ağdamdakı stadionunu ziyarət etdim. Mən hazırda “İmarət” stadionundayam”.

Busaat.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi şəxsi instaqram hesabında yazıb.

65 yaşlı mütəxəssis Ağdamda yalnız məlum səbəblərə görə xarabalıqlar görə bildiyini vurğulayıb: “Ancaq ümid edirəm ki, “Qarabağ” burada yenidən qurulan və yenilənmiş stadionda oynaya biləcək”.

İtaliyalı baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı, “Qarabağ” klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun da məzarını ziyarət edib.

image-d325e056-e4ee-3d99-89fe-2b8e5b553a41_321 image-ca1b1191-1a40-3f23-99af-2c35bf3e9959_321

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki