Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft88.21 $▼2.04%
  • WTI neft81.45 $▼1.86%
  • Avropa qazı (TTF)85.98 €▲1.81%
  • Təbii qaz (ABŞ)3.583 $▲10.89%
  • Qızıl3 593 $▲1.69%
  • Gümüş42.65 $▲3.11%
  • Pambıq79.55 ¢▼0.55%
  • Buğda595.00 ¢▲0.46%
  • Bitcoin61 995 $▲0.14%
  • Ethereum1 756 $▲0.01%
  • S&P 5007 176▼2.00%
18°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Siyasət

“Cəbhədə zəifdirlər, mərmiləri mülki şəxslərə atırlar” - “CNN Türk”də şərh + Video

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin “CNN Türk” kanalı Ermənistanın humanitar atəşkəsi pozması barədə süjet təqdim edib.

Busaat.az  xəbər verir ki, xəbərdə işğalçı Ermənistanın Gəncədə mülki vətəndaşlara qarşı raket hücumunun səbəbləri politoloqlar tərəfindən müzakirə olunub.

Gürsel Tokmakoğlu qeyd edib ki, Ermənistan ordusu cəbhədə zəif olduğu üçün belə addım atıb: “Cəbhədə zəifdirlər, orada müqavimət göstərmədikləri üçün mərmiləri mülki şəxslərə atırlar”.

Abdullah Ağar bildirib ki, ermənilər növbəti dəfə soyqırımı törətmək eşqinə düşüblər: “90-cı illərdə Qarabağda etdiklərinin bir bənzərini reallaşdırmaq istəyirlər. Yəni, müharibənin dəhşətindən uzaq olan və buna müqavimət göstərməyən mülki şəxsləri qorxuya, təşvişə salmaq istəyirlər”.

Güngör Yavuzaslan isə söyləyib ki, Ermənistan mülki şəxsləri vurmaqla Azərbaycanı təxribata sövq edir: “Ermənistan bunu qəsdlə edir. Ermənilər Azərbaycanın onların öz ölkələrinə hücum etməyini istəyir. Beləliklə, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) ilə müqaviləsini reallaşdırmaq niyyətindədir. Bununla da, bölgəyə rus əsgərlərinin sülh məqsədilə gəlməyini istəyir”.

Coşkun Bağbuğ vurğulayıb ki, Ermənistan Qafqaz bölgəsini problemli bir region kimi dünyaya təqdim etmək niyyətindədir: “Ermənistanın hücum etməkdə məqsədi gərginliyi daha da artırmaq istəməsindədir. Niyyəti bölgəni beynəlxalq problemli bir əraziyə çevirməkdir”.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=20991