Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.99 $▼0.49%
  • WTI neft85.93 $▼0.82%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.280 $▼0.33%
  • Qızıl3 992 $▼1.53%
  • Gümüş51.74 $▼1.49%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin73 899 $▼0.60%
  • Ethereum2 061 $▼0.52%
  • S&P 5007 619▲1.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Kriminal

Cəlilabadda məktəblinin qətlinin SƏBƏBİ AÇIQLANDI

image-image_940x_68c986d9ebcd5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cəlilabad rayonunda məktəblinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Busaat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayet işi başlanaraq istintaq aparılır.

Cəlilabad rayonunun Xəlilabad kəndində 11-ci sinif şagirdinin bıçaqlanaraq qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Hadisə Xəlilabad kənd orta məktəbinin sinif otağında baş verib. 11-ci sinif şagirdi K.İ və onun sinif yoldaşı S.Ə Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Kənddə orta məktəb olmadığından onlar 9-cu sinifdən Xəlilabad kənd orta məktəbində oxuyurlarmış. Hadisə isə söyüş üstə olub. Bir gün əvvəl S.Ə və K.İ mübahisə edib və bir-birilərinə söyüş söyüblər. Sinif yoldaşlarının köməyi ilə onların mübahisəsinin davaya çevrilməsinin qarşısı alınıb.

Bu gün S.Ə. səhər tezdən dərsə gələrkən yaşadığı evdən mətbəx bıçağı götürüb və onu paltarında gizlədib. Birinci dərsdən sonra S.Ə sinif yoldaşı K.İ-ni məktəbin digər sinfinə çağırıb və mübahisə davam edib. Mübahisə nəticəsində S.Ə həmyaşıdı K.İ-ni qarın boşluğu və döş qəfəsindən bıçaqlayıb.

Qeyd etdiyimiz kimi, K.İ. yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=172258