Cəlilabadda piyada keçidi yenidən istifadəyə verilib

image-3ebb095f-4e00-3040-a625-28cedf67affa_850backend

Cəlilabad rayonunda ötən il avtoqəza nəticəsində sıradan çıxan yerüstü piyada keçidi bərpa olunub.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, yerüstü keçid Heydər Əliyev prospektində yerləşir.

Qeyd edək ki, sözügedən keçid 17 noyabr 2024-cü il tarixdə iritonnajlı yük nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Piyada keçidinin altından sürətli keçmək istəyən nəqliyyat vasitəsi keçidin hündürlüyünə toxunub və keçid aşaraq hissələrə bölünüb.

Əlavə edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki