Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşdi

image-145163backend

Bu gün Çempionlar Liqasında son iki yarımfinalçı da müəyyənləşib..

Busaat.az xəbər verir ki, 1/4 finalın ilk oyununda “Liverpul”a Madriddə 3:1 hesabı ilə qalib gələn “Real” bu dəfə “mersisaylılar”la səfərdə qarşılaşıb. Oyunda qol olmayıb və “Real” yarımfinala yüksəlib.

“Mançester Siti”yə İngiltərədə 1:2 hesabı ilə uduzan “Borussiya” isə adını yarımfinala yazdırmaq üçün son şanslarını Dortmundda istifadə edib. Ancaq bu dəfə də “şəhərlilər” eyni hesabla qalib gələrək yarımfinala vəsiqə əldə edib.

Qeyd edək ki, ötən gecə PSJ və “Çelsi” növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

14 aprel

23:00. “Borussiya” Dortmund (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:2
Qollar: Bellinqhem, 15 (1:0), Mahrez, 55 (1:1), Foden, 75 (1:2)
İlk oyun – 1:2

23:00. “Liverpul” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 0:0
İlk oyun – 1:3

13 aprel

“Çelsi” (İngiltərə) – “Portu” (Portuqaliya) – 0:1
İlk oyun – 2:0

PSJ (Fransa) – “Bavariya” (Almaniya) – 0:1
İlk oyun – 3:2

“Mançester Siti” yarımfinalda PSJ, “Real” isə “Çelsi” ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90