“Mançester Yunayted”də yenidən tarix yazmaq istəyirəm” – Ronaldo

image-yunaytedbackend

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Vilyarreal”la oyununda (2:1) qazandıqları qələbəni şərh edib. 

Busaat.az “Metro”ya istinadən xəbər verir ki, 90+5-ci dəqiqədə komandasının qalibiyyət qolunun müəllifi olan portuqaliyalı futbolçu deyib:

“Qrupdan çıxmaq? İndi hər şey mümkündür və biz bunun öhdəsindən gələcəyimizə inanırıq. Bu səbəbdən geri döndüm,  bu klub üçün çox darıxdım. “Mançester Yunayted”də tarix yazdım və bunu bir daha etmək istəyirəm. 2021/2022 mövsümü yalnız mənim üçün deyil, komanda üçün vacib olacaq. Komandaya dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90