“Mançester Yunayted” 1978-ci ildən bəri ilk dəfə ardıcıl üç oyunda üç qol buraxdı

image-mancester-yunayted1backend

Uzun illərdən sonra ilk dəfə İngiltərənin “Mançester Yunayted”i ardıcıl üç oyunda ən azı üç qol buraxdı.

Busaat.az xəbər verir ki, bu barədə OptaJoe məlumat yayıb.

Bu, “Qırmızı şeytanlar”ın həyatında sonuncu dəfə 1978-ci ilin dekabrında baş vermişdi, o zaman komandanı Deyv Sexton idarə edirdi. Mankunianlılar üçün xoşagəlməz seriya İngiltərə Premyer Liqasının 4-cü turunun matçında “Arsenal”ın 1:3 hesablı məğlubiyyəti ilə başlayıb. Daha sonra Erik ten Haqın yetirmələri 5-ci turda “Brayton”a eyni hesabla, bir gün əvvəl isə Çempionlar Liqasının qrup mərhələsində “Bavariya”ya (3:4) məğlub olub.

Bu günə olan məlumata görə, “Mançester Yunayted” 2023/2024 mövsümündə keçirdiyi ilk beş matçdan altı xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü yerdədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki