İngiltərənin “Mançester Yunayted” klubu türkiyəli qapıçı Altay Bayındırı transfer edib.
Busaat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.
Qapıçının “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir və daha bir mövsüm uzadılması mümkündür.
Qeyd edək ki, Bayındır “Mançester Yunayted”in tarixində ilk türk futbolçudur.
Daha əvvəl onun “Fənərbaxça”dan “Mançester Yunayted”ə transferinin 7 milyon avro olduğu bildirilirdi.
25 yaşlı Bayındır bu mövsüm “Fənərbaxça”nın heyətində 4 matçda oynamağı bacarıb, iki qol buraxıb və iki dəfə “sıfıra” çıxıb.
Türkiyə millisində isə Bayındir karyerasında beş oyun keçirib, səkkiz qol buraxıb və bir dəfə “sıfıra” çıxıb.
Bayındır “Fənərbaxça” ilə Türkiyə kubokunu qazanıb.