“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Şerif”ə (Moldova) uduzduqları oyunla bağlı fikirlərini bildirib.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:
“Bu məğlubiyyətə izah vermək çətindir. Çox təzyiq göstərdik, amma yaxşı müdafiə olundular. Xırda detalları yaxşı etmədik. Məğlubiyyətə layiq deyildik, bəxtimiz gətirmədi.
Eduardo Kamavinqanı cinah müdafiəçisi oynatdığım üçün uduzduğumuzu düşünmürəm. Yaxşı oynadığımız dəqiqələr oldu. Sadəcə qol çatışmadı”.