Cennifer Lopez hər gün 100 min dollar xərcləyir

image-8c00dee2158442739279327557110458423jpg-1727525666backend

Müğənni Cennifer Lopez Ben Afflekdən boşandığı ərəfədə depressiyadan çıxmaq üçün hər gün külli miqdarda pul xərcləyir.

Busaat.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “In Touch Weekly” məlumat yayıb.

İnsayder deyir ki, sənətçinin maliyyə komandası həyəcan təbili çalır və ifaçıdan xərclərini məhdudlaşdırmağı tələb edir. Məşhur indi dizayner paltarlarına gündə 100 min dollar xərcləyir və o, həftəlik xərclərinə təsir edən komandasını da genişləndirib.

“İlk növbədə, o, 50 milyon dollara başa gələ biləcək boşanma davasını həll etməlidir, bunun üzərinə 50 milyon dollarlıq bir ev də daxil olmaqla, hər cür başqa şeylərə xərcləyir” deyə, insayder əlavə edib.

Müğənninin ətrafı qorxur ki, “qeyri-adi alış-veriş” səbəbindən sənətçi 400 milyon dollar dəyərində sərvətini itirəcək.

Qeyd edək ki, avqustun 20-də Cennifer Lopezin Ben Afflekdən boşandığı xəbəri yayılmışdı. Sənətçi sənədlərini vəkilsiz Los-Anceles Ali Məhkəməsinə təqdim edib. Bildirilib ki, aktyordan ayrılıq tarixi 26 aprel 2024-cü ildir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki