Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft94.49 $▲3.51%
  • WTI neft87.49 $▲2.60%
  • Avropa qazı (TTF)93.71 €▲7.44%
  • Təbii qaz (ABŞ)3.303 $▲1.07%
  • Qızıl3 878 $▼2.58%
  • Gümüş50.03 $▼2.72%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda590.25 ¢▼1.87%
  • Bitcoin71 786 $▼2.90%
  • Ethereum2 009 $▼2.19%
  • S&P 5007 625▲0.10%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Siyasət

Ceyhun Bayramovdan erməni silahlılarının ərazilərimizdən tam çıxarılması ilə bağlı AÇIQLAMA

image-88e48599-4781-32da-bf58-7cb3feb416ba_850-505x315
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

1 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsindən verilən məlumata görə, tərəflər, Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzalandığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəticəsində bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb.

Telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82761