Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.86 $▼0.47%
  • WTI neft90.82 $▼0.01%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.016 $▲0.60%
  • Qızıl4 136 $▲1.51%
  • Gümüş53.25 $▲2.52%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda592.75 ¢▲0.25%
  • Bitcoin75 312 $▲1.37%
  • Ethereum2 151 $▲1.53%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Çin Rusiyanın müharibəni uzatmasından narahatdır

image-cin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Moskvanın strateji tərəfdaşı olan Pekin Ukraynada müharibənin uzanmasından narahatlığını bir daha ortaya qoyub”.

Busaat.az  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz feysbuk səhifəsində yazıb. O qeyd edib ki, Ukrayna və Çin xarici işlər nazirləri Dmitri Kuleba Van İ müharibə başlayandan bəri ikinci dəfədir ki, telefonla danışıblar: “Van İ Kulebaya bildirib ki, müharibənin davamı beynəlxalq ticarətə və qida təhlükəsizliyinə zərbə vurur. Müharibəyə qədər Çinin Ukraynadan qida məhsullarının idxalı ilə bağlı böyük planları var idi. Hazırda bunları reallaşdırmaq mümkün deyil”.

Politoloq vurğulayıb ki, nazirlərin telefon danışığı ilə bağlı Çin Xarici İşlər Nazirliyi də açıqlama yayımlayıb. Açıqlamada müharibənin dayandırılması fikri və bunun Avropa təhlükəsizliyi üçün vacib olduğu vurğulanıb: “Müharibə bütün hallarda bitəcək. Əsas məsələ bundan sonra bölgədə təhlükəsizliyin təminatıdır. Pekin Moskva ilə Kiyev arasında dialoqun davamını dəstəkləyir. Çin müharibənin dayandırılması ilə bağlı hansısa maraqları güdmür”.

Onun sözlərinə görə, Moskvanın strateji tərəfdaşı olan Pekin Ukraynada müharibənin uzanmasından narahatlığını bir daha ortaya qoyub: “Ukrayna və Çin xarici işlər nazirləri müharibə başlayandan bəri ikinci dəfədir ki, telefonla danışırlar. Kiyevin Pekindən iki gözləntisi var. Birincisi, Kiyev istəyir ki, Pekin Rusiyanın işğalçı müharibəsində məsafə saxlasın, bunu dəstəkləməsin. İkincisi, Pekin müharibənin dayandırılması üçün Kremlə təsir etsin.

Pekin ehtiyatlıdır. Çin nə Kremlin işğalçı müharibəsini pisləyir, nə də müharibəyə haqq qazandırır. Pekin üçün Rusiya-Ukrayna müharibəsində qızıl ortanı tapmaq çətindir. Çünki bir tərəfdə işğalçı, digər tərəfdə işğala məruz qalan dövlət dayanıb. Bu ikisi arasında bərabərlik işarəsi qoymaq problematikdir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74536