Çin yoxsulluğa tam qalib gəldi

image-si-tsinpinbackend

Çin Prezidenti Si Tsinpin ölkədə yoxsulluğun tam aradan qaldırıldığını elan edib.

Busaat.az xəbər verir ki, Si Tsinpin bu barədə bu gün keçirilən yoxsulluqla mübarizə üzrə milli konfransda məlumat verib.

“Yoxsulluğun aradan qaldırılmasına dair çətin vəzifə həll edildi, yoxsulluq məsələsi tam həll edildi, yoxsulluq regional miqyasda aradan qaldırıldı”,- deyə o qeyd edib.

Si Tsinpin 98.9 milyon kəndlinin və 128 min kəndin “partiya və xalqın birgə səyləri ilə” yoxsulluq səviyyəsindən çıxdığını bildirib.

“Mütləq yoxsulluq bitdi, başqa bir tarixi möcüzə reallaşdırıldı! Bu, Çin xalqının, Çin Kommunist Partiyasının və Çin millətinin böyük nüfuzudur”,- deyə Tsinpin qeyd edib.

O, bu nailiyyətin əlamətdar gündə – Çin Kommunist Partiyasının yaradılmasının 100 illiyi ərəfəsində əldə edildiyini vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90