“Çinə ixrac məhdudiyyətlərini nəzərdən keçiririk” – Almaniyanın İqtisadiyyat naziri

image-robert-habeckbackend

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habeck, ölkəsinin texnologiya sahəsində Çinə ixrac məhdudiyyətlərini qiymətləndirdiyini bildirib.

Busaat.az xəbər verir ki, Habek ölkəsinin Çindən iqtisadi asılılığını azaltmalı olduğunu bəyan edib.

Habeck Almaniyanın Çinə ixrac məhdudiyyətlərini ABŞ-nin Pekinə çip ixracına qoyduğu məhdudiyyətlər kimi qiymətləndirdiyini ifadə edərək, Almaniyanın texnologiya liderliyini itirməməsi lazım olduğunu vurğulayıb.

“İxrac nəzarəti hər yerdə olmamalıdır, lakin bəzi kritik sektorlarda daha sərt olmalıyıq”, – alman nazir bildirib.

Çin şirkəti Huawei-nin istehsal etdiyi telekommunikasiya məhsullarını Almaniyanın 5G şəbəkəsindən çıxarmağın mümkün olmadığını ifadə edən Habeck əlavə edib: “Ancaq gələcəkdə bundan qaçmalıyıq”.

Habeck, ABŞ-nin açıq subsidiyalar verməklə sənayesini iqlimin qorunmasına doğru itələdiyini və Alman sənayesinin başqa ölkələrə köçməsinə qarşı çalışdıqlarını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki