
Daha bir Rusiya generalı Ukraynada öldürüldü - FOTO
Rusiya Silahlı Qüvvələrinin daha bir generalı Ukraynada öldürülüb.
Busaat.az xəbər verir ki, Ukrayna ordusunun “Azov” alayı ölkə ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu məhv edib. Öldürülən general-mayorun adı açıqlanmayıb.
“Kim bizə qılıncla gəlsə, elə qılıncdan da öləcək”, deyə “Azov” alayının məlumatında bildirilib.
























