Danaçı kəndinin sakinləri qaz təchizatı ilə bağlı müraciətlərini ünvanladı

image-seyyar-qebul-otagi1backend

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Zaqatala rayonunda təşkil olunub.

Bu barədə Busaat.az-a birliyin mətbuat xidmətindən bildirilib.

Danaçı kəndində keçirilən aksiyaya ümumilikdə 10 nəfər qatılıb. Mikrofon önünə çıxan vətəndaşlar isə küçə qaz xəttinin çəkilməsi və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciətlərini ünvanlayıblar. Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilərək həlli istiqamətində addımların atılacağını bildiriblər.image-seyyar-qebul-otagi2 image-seyyar-qebul-otagi3

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki