Danimarkada daha bir qalmaqal! – İkinci dəfə Quran kitabını yandırdılar

image-quranu-kerimbackend

Rusiyanın Danimarkadakı səfirliyinin qarşısında naməlum şəxsin Qurani-Kərimi yandırdığı bildirilib.

Busaat.az xəbər verir ki, Rusiyanın Kopenhagendəki səfirliyinin sosial media hesabından verilən açıqlamaya görə,  Kopenhagendə Rusiyanın konsulluq şöbəsi önü də daxil olmaqla bir sıra yerlərdə silsilə formada müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin yandırılması aksiyaları keçirilib.

Danimarka səlahiyyətlilərinin dindarların hisslərini açıq şəkildə gülünc vəziyyətə salan hərəkətlərə göz yumduğu qeyd edilən bəyanatda deyilir: “Bu hərəkətlər ifadə azadlığının və demokratiyanın təzahürü deyil, dinlərarası münasibətləri qızışdırmağa hesablanmış kobud və cahil bir təxribatdır”.

Bəyanatda qeyd edilib ki, bu cür hərəkətlərə yol vermək üçün yaradılan imkanlar tamamilə aradan qaldırılmalı və təşkilatçılar məsuliyyətə cəlb edilməlidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90