Deputat: “Azərbaycanın uğurlu enerji siyasəti Ermənistanı dalana dirəyib”

Deputat: “Azərbaycanın uğurlu enerji siyasəti  Ermənistanı dalana dirəyib”backend
Həyata keçirilən neft-qaz layihələri Azərbaycan dövlətinin güclənməsinə, qüdrətlənməsinə, təhlükəsizliyinin təmin olunmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, dünyadakı mövqeyinin möhkəmlənməsinə və qarşısında duran problemlərin həllinə xidmət edir.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə,  əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  neft strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir: “Prezident İlham Əliyevin uğurlu  həyata keçirdiyi neft  strategiyası nəticəsində əldəe dilən gəlirlərin  iqtisadiyyatımızın şaxələndirilməsinə, insan kapitalına  çevirərək ölkənin yeni sıçrayışlı inkişafını, insanlaırn sosial rifah halında yaşamasını   təmin edən  yeni bir mərhələni yaşmaqdayıq. Cənab Prezidentin də bəyan etdiyi kimi, əsas hədəf  Azərbaycan sosial rifahın təmin edildiyi bir ölkə çevrilməsidir. Ölkə başçısı də bütün fəaliyyətini məhz bu istiqamətə yönəldib və  qısa zamanda  insanlarımız sosial rifahın hökm sürdüyü Azərbaycanda yaşasınlar.
Prezident İlham Əliyevin  uzaqgörən siyasəti nəticəsində qlobal çağrışlara zamanında çevik reaksiya verərək həyata keçirilən enerji, iqtisadi, kommunikasiya layihələri nəticəsində   Azərbaycan beynəlxalq aləmdə  təkcə enerji qovşağına deyil, eyni zamanda nəqliyyat, tranzit yükdaşıma, logistika,  kommunikasiya qovşağına çevrilməkdədir. Bununla da Azərbaycan təkcə neft-qaz ixracaatçısı  rolunda deyil, eyni zamanda karbohidrogen ehtiyatlarının dünyaya bazarına çıxaran  etibarlı enerji dəhlizi rolunu oynamaqdadır. Əldə edilən gəlirlərin həm   xalqın  rifah halında yaşamasına yönəldilməklə yanaşı, dövlətin qüdrətini artırıb, beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirmək üçün digər sahələrə aid olan  nəqliyyat layihələri, tranzit yükdaşıma layihələrini həyata keçirməkdədir. Bakı-Tiflis –Qars dəmiryol xətti layihəsinin reallaşdırılması, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin icrası Azərbaycanı bütövlükdə  böyük coğrafiyaya malik Avrasiyada ciddi bir logistik qoşağa çevrilib. Qərbdən Şərqə, Cənub-Şəqri Asiya ölkələrinə və əksinə, Cənubdan Şimala yüklər daşınmaqdadır. Qədim Böyük İpək Yolunun əsas ötürücü ölkəsinə çevrilib.  Bu da  Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qataraq, beynəlxalq aləmdəki rolunu və əhəmiyyətini daha da artırır”- deputat qeyd edib.

Millət vəkili əlavə edib ki, bu layihələrin  ən əsas məqamlarından biri də cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Ermənistanın təcavüzkar siyasətinə qarşı iqtisadi blokadanı tətbiq etməklə, bu ölkəni regional layihələrdən məhrum etməsi oldu: “Məhz bu yürüdülən uzaqgörən siyasət nəticəsində Ermənistan  regional layihələrdən kənarda qalmaqla   əhəmiyyətsiz bir ölkəyə çevrildi. Hətta Ermənistanın müttəfiqi olan dövlətlər birgə nəzərdə tutduqları layihələrin icrasından imtina etməli oldular və ya təxirə salmalı oldular. Onsuz da işğalçı siyasəti ilə dalana dirənən Ermənistan, iqtisadi layihələrdən məhrum olmaqla daha da çıxılmaz duruma salıb. İşğalçılıq siyasəti nəticəsində Azərbaycan və Türkiyə ilə  heç bir siyasi, diplomatik, iqtisadi münasibətlərdən məhrum olduğundan ciddi sıxıntılar çəkirdi. İqtisadi   blokada isə Ermənistanın üzləşdiyi durumu  daha da dərinləşdirdi. Bunun nəticəsidir ki, işğalçı Ermənistanda son illərdə sosial-iqtisadi, siyasi, hakimiyyət böhranının yaşanmasının şahidi olmaqla, beynəlxalq aləmdə qeyri-sabit ölkə kimi tanınmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin işğalçı siyasət qarşı iqtisadi blokada siyasətini  həyata keçirməsi nəticəsində  bu gün  ölkənin gələcəyi ilə bağlı optimist düşüncəyə malik olmadığından Ermənistanı  sürətlə tərk etməkdədirlər. Bu da  Ermənistanda əlavə bir  böhrana – demoqrafik böhrana  səbəb olub.  Ermənistan hökuməti bunun qarşısını almağa cəhd etsə də, bu siyasət nəticəsini vermir. Ermənistan hakimiyyəti bu məqsədlə hətta Yaxın Şərq ölkələrindən olan erməniləri bu ərazilərə köçürsələr də belə, bir müddətdən sonra bu ölkədə yaşamağın mənasız olduğunu başa düşüb, qaçmağa üz tuturlar. Suriya, İraqın münaqişə bölgələrindən gələn ermənilər bir müddətdən sonra, hətta gəldikləri münaqişə bölgələrində yaşamağa qayıtmaq üçün belə razı olurlar, nəinki Ermənistan adlı coğrafi məkanda. Çünki buranın sabahını görmürlər. Ölkə iqtisadi səfalət içərisində olduğundan əhali çox pis vəziyyətdə yaşamaqdadır. Yerli erməni əhalisi ancaq miqrant ailə üzvləri və yaxınlarının  hesabına yaşayır. Bir yandan Ermənistanın  qonşularına, xüsusən də Azərbaycan qarşı ərazi iddiası  və işğalçılıq siyasəti, digər tərəfdən isə iqtisadi blokada  bu ölkəni tamamilə təcrid vəziyətinə salıb. Bu da əslində forpost olan  Ermənistanın formal müstəqilliyinin sabahını sual altına alır.

Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir.Həyata keçirilən  bu layhələrdən təkcə Azərbaycan deyil, o cümlədən region ölkələri, xüsusən də Gürcüstan ciddi şəkildə bəhrələnməkdədir.

Ermənistan isə artıq işğalçılıq siyasətinin acısını çəkməkdədir. Onsuz da Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsini verməyəcək. Ermənistan  həyata keçirdiyi işğaçılıq siyasətinin cəzasını mütləq və mütləq formada artıqlaması ilə alacaq. Çünki Azərbaycan günü- gündən qüdrətlənir və həyata keçirdiyi enerji, iqitsadi layihələr nəticəsində beynəlxalq aləmdəki mövqeyi möhkəmlənir. Bu gün birmənalı  şəkildə deyə bilərik ki, bölgədə  regional balans Azərbaycanın xeyrinə dəyişib. Bura  Türkiyə ilə  münasibətlərinin yeni bir mərhələyə qədəm qoyması əlavə etsək, o zaman  yaranmış vəziyyəti anlamaq elə də çətin deyil. Odur ki, cənab Prezidentin son “Qarabağ” və “Abşeron” yatağını istismara verməsi və bu istiqamətdəki səylər məhz bu məqsədlərə  xidmət edir. Cənab Prezident “Qarabağ” yatağının istismarı  üçün  hazırlanan dayaq blokunun dənizə buraxılması mərasimində çıxışı zamanı təsadüfən demədi ki,  bu həmdə bir rəmzi məna daşıyır. “Qarabağ”  yatağının istismarı,  həm də Qarabağa gedən yoldur. Bunu ermənilər nə qədər tez dərk edib, tutduqları yanlış yoldan  dönsələr, bir o qədər onların xeyrindədir. Bir misal var, deyərlər: “Ziyanın yarısından qayıtmağın da bir faydası var”. Əks təqdirdə  hərtərəfli uduzan Ermənistan olacaq. Azərbaycan işğalla barışmayacaq və torpaqlar işğaldan azad olunacaq.  Son olaraq onu deyə bilərik ki, uğurlu enerji siyasəti torpaqlarımızın işğaldan azad olunmasında da  öz müstəsna rolunu oynayacaq. O gün elə də uzaqda deyil!”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki