Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.40 $▲1.81%
  • WTI neft86.49 $▲1.74%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.202 $▲3.73%
  • Qızıl3 859 $▼0.46%
  • Gümüş47.32 $▼0.36%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda612.75 ¢▲2.21%
  • Bitcoin63 675 $▼1.76%
  • Ethereum1 788 $▼1.67%
  • S&P 5007 328▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Deputatlara verilən bəzi pul təminatları ləğv edilib

image-65fbb61d-edf6-36b0-81ac-d1311c3553c7_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları ləğv edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu il iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub.

Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatlarına verilən deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ləğv edilib.

Bundan əlavə, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün verilən onun iki aylıq vəzifə maaşı məbləğində müavinət də ləğv olunub.

Qeyd edək ki, deputatların maaşlarının artırılması ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin iyunun 29-da keçirilən plenar iclasında III oxunuşda qəbul edilib.

Qanuna edilmiş dəyişikliklə Milli Məclisin sədri 3 550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80741