Dərslər sentyabrın 1-dən başlayacaq? – Emin Əmrullayev danışdı

image-mekteb-3backend

“Hamının bizə nümunə göstərdiyi Sinqapur modelində təhsil həftələrində sayı 44 həftədir. Bizdə isə bu rəqəm 36 həftədir. Bu həftələrin sayının çoxaldılması yaxşı olardı”.

Sfera.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev deyib. O, dərslərin sentyabrın 1-dın başlaması ilə bağlı təkliflərə münasibət bildirib:

“Təhsil almaqla bağlı saatların sayının artırılmasının insan sağlamlığına zərər vuracağı ilə bağlı cəmiyyətdə miflər mövcuddur. Kompüter qarşısında açox oturanda xəstəlik tutursan və s. Belə valideynlər həmişə olub. İstəyir ki, uşaq dincəlsin. Bu gün çox dincələn uşaqların gələcəkdə problemləri olacağını düşünürəm.

İstərdik ki, təhsilin müddətini artırmağa cəmiyyət dəstək olsun. Bu, arzuolunandır.

Məsələn, dərslər sentyabrın 1-i başlasın və iyunun 30-da bitsin. İnanmıram ki, biz ayın əvvəli başlasaq, təhsilimizin keyfiyyətində əhəmiyyətli dəyişikliklər olacaq.

Cəmiyyət deyir ki, uşaq az oxusun, amma yaxşı nəticə olsun. Belə formul yoxdur. Məsələn, olimpiada qalibi olmaq üçün uşaqlar gündə 12-14 saat oxuyur. Uşaq təhsilə nə qədər çox zaman sərf edirsə, bu təbii, ki daha yaxşıdır”,-deyə nazir əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90