“Valensiya”nın futbolçusu Muktar Diakabi karyerasını bitirə bilər.
Busaat.az xəbər verir ki, buna səbəb futbolçunun “Real” la (2:2) keçirilən matçda ağır zədə almasıdır.
Həkimlər bildirib ki, oyunçunun yeriyə bilməsi sual altındadır: “Bizim görməli olduğumuz ilk şey Diakabinin yenidən yeriməsidir. Təəssüf ki, bu, çox ciddi zədədir və onun bir daha futbol oynamaması riski göz qabağındadır”.