Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.56 $▼1.81%
  • WTI neft89.76 $▼1.70%
  • Avropa qazı (TTF)87.28 €▲1.97%
  • Təbii qaz (ABŞ)3.035 $▲0.40%
  • Qızıl4 104 $▼0.70%
  • Gümüş52.52 $▼1.13%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda589.50 ¢▼0.34%
  • Bitcoin74 416 $▼0.41%
  • Ethereum2 116 $▼0.41%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

DİN-dən vətəndaşlara maska XƏBƏRDARLIĞI

image-din
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat Xidmətindən Busaat.az-a bildirilib ki, paytaxtda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə infeksiya riski yüksək olan ünvanlarda, ictimai nəqliyyatda – metropolitenində, avtobuslardavə piyada keçidlərində, nəzarət-profilaktik tədbirlər davam etdirilir.

“Polis tərəfindən metrostansiyalarda, piyada keçidlərində, avtobuslarda tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən insanlara koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.

Vətəndaşlardan bir daha xahiş edirik ki, infeksiyasının yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, infeksiya riski olan yerlərdə özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar”, – məlumatda qeyd edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75242